• Bakı, 2020-08-09,
Seanews
Heyder Eliyev

ABŞ Hərbi Dəniz Qüvvələrinin “lazer-tüfəng"-li sualtı qayığı

ABŞ Hərbi Dəniz Qüvvələri 2013-cü ildə istismara verilmiş nüvə enerjisi ilə işləyən “Minnesota” sualtı qayığının fotoşəkillərini yayımlayıb. Lakin ictimaiyyətin diqqətini qayıq yox, onun üzərində durmuş dənizçilərdən biri çəkib.

"Seanews.az" xəbər verir ki, dənizçinin əlində tutduğu silah sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin silahın lazerli sursat olduğu və  qayıq suyun səthində olan zaman pilotsuz uçuş aparatlarına qarşı istifadə ediləcəyi ehtimal olunur. 

Nəticədə həmin “silahın” “Glare LA-9/P” olduğu məlum olub. Onun əsas xüsusiyyəti lazer şüasının uzun məsafəyə çatdırmasıdır. Bu silahdan rəqibin qayığa icazə verilmiş məsafədən artıq yaxınlaşdığı halda xəbərdarlıq etmək üçün istifadə edilir. Sözügedən lazerli qurğu şüanı gecə vaxtı 4, günorta vaxtı isə 1.5 kilometrə qədər çatdıra bilir.

Yaşıl rəngli şüa buraxan lazer öncədən xəbər etməklə həm dinc əhalinin,  həm də əsgərlərin həyatını xilas etmiş olur.

Buna baxmayaraq, beynəlxalq müqavilələrə əsasən bu tipli qurğuların istifadəsi qadağandır. Belə ki çox güclü olan lazer insanı ömürlük kor edə bilər.

ABŞ-ın məlumatına görə, “Glare LA-9/P” lazer sistemi qayığa yaxın gəlmiş obyektin “məqsədini” təyin etmək üçün təyin olunub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır