• Bakı, 2020-08-08,
Seanews
Heyder Eliyev

Şərqi Çin dənizində iki yük gəmisi toqquşub

İyulun 27-də  “MV Jin Shuang Long 3” və “Jin Hong 89” quru yük gəmiləri Şərqi Çin dənizinin ərazisində olan Daçen adası yaxınlığında toqquşublar.

"Seanews.az" xəbər verir ki, “Jin Hong 89” gəmisinin qəza nəticəsində aşaraq batdığı bildirilir.  Gəminin 11 nəfərdən ibarət heyəti yaxınlıqdakı “Sar Dong Hai Jiu 115” gəmisi tərəfindən xilas edilib.

Qəzaya uğramış digər “MV Jin Shuang Long 3” quru yük gəmisi ciddi zədələnib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır