“MAN Energy” şirkətində kütləvi ixtisar aparılacaq
Dünya üzrə gəmi mühərriklərinin istehsalçısı və provayderi olan “MAN Energy Solutions” şirkəti pandemiya səbəbindən yaranmış maliyyə çətinliklərinə görə 4 minə yaxın əməkdaşını ixtisar edəcək.
"Seanews.az" xəbər verir ki, ixtisarların böyük əksəriyyəti şirkətin Almaniyadakı filialında baş tutacaq. Burada 3 min nəfər işçinin ixtisarı nəzərdə tutulur. Qalan 950 nəfər isə şirkətin dünyada olan filiallarında ixtisar ediləcək.
Şirkətin yeni proqramı xərcləri 450 milyon avroya qədər azaltmaq və işgüzar rahatlığı artırmaq məqsədi daşıyır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır