Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

İranın ikinci neft tankeri də Venesuelaya çatıb

İranın 5 tankerindən ibarət gəmi karvanının ikincisi də Venesuela limanına çatıb.

Ötən gün axşam İranın tankerlərindən ikincisi də Venesuela sahilinə çatıb və ölkənin Punta Cardon limanında yan alıb. Gəminin qarşılanmasına Venesuelanın rəsmiləri də qatılıblar.

Bu gəmi neft məhsullarını ABŞ sanksiyalarına məruz qalmış Venesuelaya çatdırıb.

Bundan öncə İranın “Fortune” tankeri Venesuela limanında yan almışdı. İranın daha 3 gəmisi Karaib dənizi və Venesuela sularına yaxınlaşmaqdadırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır