Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Belarus ABŞ nefti ilə yüklənmiş ilk tankeri iyunun 5-dək qəbul edəcək

Belarus tərəfindən alınan ABŞ nefti ilə yüklənmiş ilk tankerin Litvanın Klaypeda limanına iyunun 5-dək gəlməsi gözlənilir.

Bunu RİA "Novosti"yə Belarusun "Belneftexim" konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib.

Qeyd edək ki, tanker 80 min ton həcmində ABŞ neftini Klaypedaya gətirəcək.

"Tanker mayın 16-da Texasdakı Bomont limanından yola salınıb. Onun Klaypeda limanına iyunun 5-dək gəlməsi gözlənilir", - deyə A. Tişenko qeyd edib.

O həmçinin bildirib ki, limandan neft "Naftan" Neft Emalı Zavoduna daşınacaq və bunun üçün təxminən 10 gün vaxt tələb olunacaq.

APA


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır