Maldiv adalarını su altında qalma təhlükəsi gözləyir
Mavi dənizi və ağ qumları ilə bir çoxlarının tətil səbəbi ilə üz tutduqları Maldiv adalarını su altında qalma təhlükəsi gözləyir.
Maldivlər Hind okeanına yayılmış irili-xırdalı 1200 adadan ibarət ölkədir. Şri Lankanın 750 kilometr cənub qərbində yerləşir.
Uzun illər boyunca İngiltərə hakimiyyətində qalan bu ölkə ilə bağlı yeni araşdırmalar aparılıb. Məlum olub ki, Maldivlər qlobal istiləşmə nəticəsində su altında qala bilər. Qütbdəki buzların əriməsi və dəniz səviyyəsinin həddən artıq yüksəlməsi adaların bir çoxunu su altında qoya bilər. Adalar yox olma təhlükəsi ilə qarşı-qarşıya qalsa, ölkənin turizm iqtisadiyyatına böyük ziyan dəyəcəyi gözlənilir.
Gələcəkdə belə bir təhlükə meydana gələrsə, yerli əhali Şri Lanka və Madaqaskara köçürüləcək.