Çinə məxsus minadaşıyıcı gəmi dənizdə təlim keçirib
Çinə məxsus “Tip-055” tipli “Nançan” adlı raket və minadaşıyıcı gəmisi və “Tayxu” təchizat gəmisi ilk dəfə açıq dənizdə təlim keçiriblər.
Bu əməliyyat gəminin döyüşə hazırlığını təsdiqləyən proqrama daxil edilib. “Tip-055” tipli gəmilər uzaq okean zonasında misiyalar yerinə yetirmək və hərbi təyyarə qruplarını müşayiət etmək üçün nəzərdə tutulub.
İctimaiyyətə 2019-cu ildə dəniz hərbi parad zamanı təqdim olunan bu gəmi 2020-ci lin yanvarında rəsmi olaraq istismara verilib.
Ən müasir zenit raketləri ilə təchiz olunmuş gəminin uzunluğu 183, eni 20, suya oturumu isə 6.6 metrdir.
“Dalyan” gəmiqayırma zavodunda hazırda daha 5 ədəd bu tipli gəmi inşa edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır