Braziliyaya aid konteyner gəmisinin heyətində 10 nəfər virusa yoluxub
Braziliyaya məxsus “Barbara” konteyner gəmisinin 10 nəfər heyət üzvündə koronavirus aşkarlanıb.
"Seanews.az" xəbər verir ki, mayın 2-də Santos limanına gələn gəmidən yüklər boşaldıqdan sonra heyət üzvlərindən analizlər götürülüb. Məlumata görə, xəstələrin vəziyyəti yüngül olduğundan onlar reanimasiyaya yerləşdirilməyib.
Gəmi hazırda Santos limanında lövbərdə dayanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır