Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Misir, İsveç və Ukrayna limanlarında məhdudiyyətlər tətbiq edilib

Beynəlxalq Brokerlər və Agentlər Assosiasiyaları Federasiyası (FONASBA) ayrı-ayrı ölkələrin limanlarında koronavirusun yayılmasına qarşı görülən tədbirlər barədə məlumat yayıb.

“Seanews.az” xəbər verir ki, Misirdə Süveyş kanalı qaydasında işləyir, bütün limanlar gəmilər üçün açıqdır.

Martın 19-dan ölkə sərhədlərinin bağlanması ixrac və idxal prosesinə təsir etməyib.  İsgəndəriyyə limanına gələn bütün yüklər məcburi dezinfeksiya olunur.  Digər limanların da oxşar tədbirləri tətbiq etməsi gözlənilir.

İsveçdə bütün limanlar fəaliyyət göstərir, əməkdaşlar hər gün fasiləsiz işləyir. Heyətdə yoluxma şübhəsi olduğu üçün karantinə alınan və analizlərdən sonra sərbəst buraxılan gəmilər var. Keçən həftədən dənizçilərin sahilə enməsi qadağan edilib. Limanlarda gəmilər üçün bütün xidmətlər təqdim olunur. Aprelin 1-dən heyət dəyişikliklərinə yenidən icazə verilir.

Ukraynada tətbiq olunan məhdudiyyətlər malların sərhəddən keçməsinə şamil olunmayıb, ixrac-idxal əməliyyatları normal rejimdə aparılır. Bütün ticarət limanları adi rejimdə işləyir. Ciddi qoruyucu və profilaktik tədbirlər tətbiq edilib. Epidemioloji riski yüksək olan bölgələrdən gələn gəmilərə nəzarət gücləndirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır