Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Novorossiysk sularında İkinci Dünya Müharibəsi dövrünə aid gəmilər axtarılacaq

Böyük Vətən Müharibəsi illərində Qara dənizdə batmış gəmilərin axtarışına hazırlıq gedir.

"Seanews.az" xəbər verir ki, mütəxəssislər Novorossiysk dəniz limanından təxminən 16 kilometr məsafədə, 1600 metr dərinlikdə axtarış işləri aparacaqlar.

Mühəndislər 6 oktyabr 1943-cü ildə alman qoşunlarının işğalı altında olan Krım yarımadasının sahilində keçirilən əməliyyat zamanı batmış “Xarkov”,  “Bespoşadnıy” və “Sposobnıy”  gəmilərini axtaracaqlar.

Axtarışlar çərçivəsində aşkar edilmiş gəmilərə xatirə lövhələrinin quraşdırılması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır