Ukrayna limanlarına gələn gəmilərə yeni qadağa tətbiq edilib
Ukrayna limanlarına gələn gəmilərin xarici heyət üzvləri üçün sahilə düşmək və sərhəd keçid məntəqəsini tərk etmək qadağası tətbiq edilib.
"Seanews.az" xəbər verir ki, hazırda gəmilərin sərhəd nəzarəti və şəxslərin müəyyənləşdirilməsi prosesi birbaşa sərhədçilər tərəfindən həyata keçirilir.
Limanlara giriş yalnız müvafiq qoruyucu vasitələri olan xidmət işçilərinə icazə verilir.
Bu qadağa müəssisələrin xarici iqtisadi fəaliyyətinə şamil edilmir. Limanlar vasitəsilə yük əməliyyatları, ixrac, idxal və tranzitlər, epidemiya əleyhinə tədbirlər nəzərə alınmaqla normal şəkildə aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır