Yapon dənizində yedək gəmisi ilə balıqçı gəmisi toqquşub
Yapon dənizində Rusiya bayrağı altında üzən yedək gəmisi "Shakhtersk 2" Cənubi Koreyaya məxsus "Busan" balıqçı gəmisi ilə toqquşub.
"Seanews.az" xəbər verir ki, qəza nəticəsində balıqçı gəmisinə ciddi ziyan dəyib, kapitan yaralanıb. Gəmi ən yaxın limana, kapitan isə xəstəxanaya aparılıb.
Hazırda qəza ilə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır