Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-12,
Seanews
Heyder Eliyev

“TwinShip” layihəsi çərçivəsində heyətsiz Ro-Ro gəmi konsepti təqdim olunub

Avropa İttifaqı tərəfindən dəstəklənən “TwinShip” konsorsiumu “TwinShip Project” çərçivəsində dördüncü sınaq nümayişini təqdim edib. Nümayiş yaşıl yanacaq və bərpa olunan enerji ilə işləyən pilotsuz Ro-Ro tipli gəmi konsepsiyasını əhatə edir və 2045-ci ilə qədər xalis sıfır emissiya hədəfləyir.

Simulyasiya edilmiş sınaq nümayişində rəqəmsal əkiz texnologiyası və qərarverməyə dəstək sistemləri tətbiq olunaraq səfərlərin optimallaşdırılması, xüsusilə külək və dalğa şəraitindən maksimum enerji əldə edilməsinə yönəlmiş aktiv hava marşrutlaşdırması sınaqdan keçirilib.

Layihədə qeyd olunur ki, bərpa olunan enerjidən istifadə yaşıl yanacaqlardan asılılığı azaltmaqla həm əməliyyat xərclərinə, həm də ətraf mühitə müsbət təsir göstərir. Konsorsiumun açıqlamasına görə, insan ekipajının minimum iştirakını nəzərdə tutan pilotsuz gəmi konsepsiyası təhlükəsizliyi artırır, xərcləri azaldır və emissiyasız gəmiçiliyə yeni imkanlar yaradır.

“TwinShip Project”in məqsədi gəmi əməliyyatlarının dayanıqlığını və səmərəliliyini artıran inteqrə olunmuş rəqəmsal həllərin hazırlanmasıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır