Beynəlxalq Dəniz Təşkilatında yeni departament yaradılıb
Beynəlxalq Dəniz Təşkilatında (IMO) Tərəfdaşlıq və layihələr departamenti yaradılıb.
“Seanews.az” xəbər verir ki, martın 1-dən fəaliyyətə başlayan departament dekarbonizasiya, dənizin plastiklə çirklənməsi, o cümlədən gəmi çirklənməsi də daxil olmaqla beynəlxalq gəmiçilikdə əsas məsələlərlə məşğul olacaq. Yeni struktur bu problemləri innovativ əməkdaşlıq və IMO üzvü olan dövlətlər, maliyyə qurumları, qeyri-kommersiya təşkilatları və xeyriyyə cəmiyyətləri ilə uzunmüddətli layihələr vasitəsilə həll edəcək.
Tərəfdaşlıq və layihələr departamentinə 15 illik təcrübəyə malik Xose Mateykal rəhbər təyin olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır