Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Quldurlar Qvineya körfəzində gəmiyə hücum ediblər

“İrenes Resolve” konteynerdaşıyan gəmisi Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalıb.

17 uzellə İspaniya səmtində üzən gəmiyə quldurlar motorlu qayıqla hücum etməyə cəhd göstəriblər. Gəmiyə atəş açan quldurlar ona təslim olmağı əmr ediblər. Quldurların tələbini rədd edən gəmi ələ keçməmək üçün manevrlər etməyə başlayıb. Qısa bir zamandan sonra quldurlar geri çəkiliblər.  

Son 18 ay ərzində Qvineya Körfəzində dəniz quldurlarının hücumlarının sayı artıb.
Beynəlxalq gəmiçilik şirkətləri sözügedən təhlükəli bölgəni mühafizə etmək üçün dünya ictimaiyyətini beynəlxalq dəniz koalisiyası yaratmağa çağırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır