• Bakı, 2020-04-08,
Seanews
Heyder Eliyev

Baltik dənizində səfərdə olan yük gəmisi mexaniki problemlə üzləşib

Baltik dənizində yük gəmisi mexaniki problemlə üzləşib.

“Seanews.az” xəbər verir ki, problem Rusiyanın Kalininqrad şəhərinə gedən Latviyaya məxsus  “RIX LAGOON” gəmisində baş verib.

Dərhal əraziyə yedək gəmisi göndərilib və “RIX LAGOON” geri qaytarılıb.

Qeyd edək ki, Liberiya bayrağı altında üzən gəmi 1999-cu ildə istismara verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır