Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

F.Dönməz: "Türkiyənin 3-cü dərin dəniz qazma gəmisi bir neçə həftəyə ölkədə olacaq"

Türkiyənin 3-cü dərin dəniz qazma gəmisi bir neçə həftəyə ölkədə olacaq.  Bu barədə Enerji və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib. 

İstanbulda keçirilən 3-cü Enerji və Təbii Sərvətlər Zirvə yığıncağında çıxış edən nazir Türkiyənin “Fatih” və “Yavuz” adlı iki dərin dəniz qazma gəmisinin olduğunu bildirib. O qeyd edib ki, bu tip üçüncü gəmi yaxın zamanda ölkədə olacaq: "Hazırda İngiltərədədir. Bir sıra proseduralar var. Güman ki, bir neçə həftəyə ölkəmiz istiqamətində səfərə başlayacaq”.

Dönməzin sözlərinə görə, gəmi Aralıq dənizində fəaliyyət göstərəcək:  “6-cı Nəsil gəmidir. Dənizdə qazma işləri aparır. Bizə məxsus sənədli sahələrdə fəaliyyət göstərəcək. Aralıq dənizində fəal iş planımız var. Orada olma ehtimalı yüksəkdir. Gəmilərimizdən biri Qara dənizdəki qazma fəaliyyətlərinə başlaya bilər”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır