• Bakı, 2020-04-10,
Seanews
Heyder Eliyev

NASA Antarktikada İql adasının fotolarını yayıb

ABŞ-ın Milli aeronavtika və kosmik məkanın araşdırılması agentliyi, yəni NASA Antarktikada İql adasının fotolarını yayıb. Yeni fotolar cənub yarımkürəsində buz örtüyünün sürətlə əridiyini göstərir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, fotolar bu ilin 4-13 fevral tarixləri arasında “Landsat 8” süni peyki tərəfindən çəkilib. Məhz bu dövrdə bölgədə görünməmiş temperatur yüksəkliyi müşahidə edilib.

Bu ilin fevral ayının 8-də Argentinanın Antarktikadakı “Esperansa” bazasında havanın hərarəti 18°S-yə qalxıb. Bir həftə sonra isə Braziliya alimləri qitənin Simor adasında +20 dərəcə hərarət təsbit ediblər.

NASA araşdırmaçıları Antarktika yarımadasının fevral ayının 9-na qədər olan temperatur xəritəsini nümayiş etdiriblər. Burada qırmızı zonalarda hərarətin 10 dərəcəni keçdiyi yerlər müəyyən olunub.

Alimlərin məlumatlarına əsasən, yarımadanın Cənubi Amerikaya yaxın olan hissəsində yerləşən İql adasında buzlar -30 millimetr əriyib.Adadakı qar örtüyü 106 mm-ə qədər enib. Fotoda əvvəllər ağ buz papağı kimi görünən yerlər indi boz rəngdə göstərilib. Əriyən qar və buzlar artıq suyun səviyyəsinin qalxmasına səbəb olub.

Ümumdünya metereologiya təşkilatı Antarktikanın şimal-qərb hissəsinin planetin ən qızmaqda olan bölgələrindən biri olduğunu, son 50 ildə burada temperaturun 3 dərəcə artdığını bildirib.

1079-2017-ci illər arasında Antarktikada əriyən buzların həcmi 6 dəfə artıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır