Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Yaponiyada koronavirus səbəbindən kruiz laynerlərin limanlara 200-dən çox girişi ləğv edilib

Yaponiyada yeni koronavirusun yayılması kruiz laynerlərinin bu ölkənin limanlarına 200-dən çox girişinin ləğvinə səbəb olub.

Bu barədə araşdırmanın nəticələrini fevralın 22-də Kyodo agentliyi yayıb.

Turistlər və operator şirkətlər arasında narahatlığın əsas səbəbi kimi artıq iki həftədən çox müddətdə Yokohama limanında dayanmış “Diamond Princess” kruiz laynerindəki vəziyyət göstərilir. Həmin layner Çindən kənarda koronavirusun ən çox yayıldığı ikinci məkan kimi qeyd edilir. Son məlumatlara görə, həmin gəmidə olanlardan 634 nəfər bu virusa yoluxub. Onlardan ikisi xəstəxanada dünyasını dəyişib.

Agentliyin araşdırmasına görə, fevral ayında 121 halda beynəlxalq kruiz laynerləri Yaponiya limanlarına girişdən imtina ediblər. Bu, il ərzində Yaponiya limanlarından keçən kruiz laynerlərinin ümumi sayının 16 faizini təşkil edir. Eyni zamanda, sərnişin gəmilərinin operator şirkətlərini Yaponiya limanlarına martda 53, apreldə 23, mayda isə daha 9 girişi ləğv etməsi barədə məlumatlandırdıqları bildirilir.

Maliyyə baxımdan hər bir imtina ümumilikdə 270 min dollardan 360 min dollaradək məbləğin itirilməsi deməkdir. Yaponiyanın hər bir limanına yaxınlaşan kruiz laynerlərinin sərnişinləri bu şəhərlərdə təqribən həmin məbləğdə pul xərcləyirlər.

Turizm sahəsinin mütəxəssislərinin bildirdiyinə görə, yayadək yeni koronavirusla əlaqədar vəziyyət sabitləşməzsə, həmin sahəyə çox böyük zərər dəyəcək.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır