Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

İrlandiya sahillərində “kabus-gəmi” peyda olub - VİDEO

Güclü çovğun nəticəsində, uzunluğu 77 metr olan “kabus-gəmi” “Alta” fevralın 16-da İrlandiyanın cənub sahillərində peyda olub.

"Alta" yük gəmisi 1976-cı ildə inşa edilib. 2018-ci ilin sentyabr ayında Yunanıstandan Haitiyə üzən zaman, Bermud adalarından  2 min kilometr cənub-şərqdə, gəmidə yaranan texniki nasazlıqlar yaranır. Bu səbəbdən 10 nəfərdən ibarət olan heyət Puerto Rikoda təxliyə edilir.

Tərk edilmiş nasaz və heyətsiz gəmini təxminən bir il sonra Britaniyanın dəniz donanmasının patrul gəmisi aşkar edir.

Gəminin Afrika və İspaniya sahillərindən keçərək İrlandiyanın cənub hissəsinə qədər körfəz axını boyunca üzüb gəldiyi güman edilir.

Sözügedən gəmi haqqında bir neçə müəmmalı məqamlar var. Gəmi tərk edildiyi zaman onun sahibinin kim olduğu və göyərtəsində hansı yükü daşıdığı hələ də bilinmir. 2017-ci ildə aparılan qeydiyyata görə gəmi
“Alta Sg LLC” şirkətinə məxsus olub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır