• Bakı, 2020-04-10,
Seanews
Heyder Eliyev

“Diamond Princess”də koronavirusdan ilk ölüm faktı qeydə alındı

Yaponiyanın İokohama şəhərinin limanında karantin üçün saxlanılan “Diamond Princess” səyahət gəmisində koronavirusa yoluxan iki sərnişin dünyasını dəyişib.

Bu barədə Yaponiyanın İctimai televiziyası məlumat yayıb.

Qeyd olunub ki, ölən şəxslərin 80 yaşı (kişi və qadın – Red) olub.

Onların hansı ölkənin vətəndaşı olması barədə məlumat verilməyib. 

Qeyd edək ki, “Diamond Princess” səyahət gəmisində 621 nəfər koronavirusa yoluxub. Koronavirusun aşkarlanmadığı 500 nəfər gəmidən sahilə çıxarılıb.

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır