• Bakı, 2020-04-10,
Seanews
Heyder Eliyev

Sərnişinlərinin koronavirusa yoluxduğu kruiz gəmisindən karantin götürüldü

Koronavirusun tüğyan etdiyi  “Diamond Princess” kruiz gəmisindən karantin götürülüb.

Bu barədə “RİA Novosti” məlumat yayıb. 

Sərnişinlər Yaponiya sahilində gəmini tərk edirlər. Gəmidən öncə yaşlı insanlar buraxılır. Layneri virusa yoluxmamış 500 nəfər tərk etməlidir.

Fevralın 18-də “Diamond Princess”də koronavirusa yoluxan sərnişinlərin sayı 542 nəfər göstərilmişdi.

Qeyd edək ki, fevralın 5-də sərnişinlərdən birində virus aşkarlandıqdan sonra “Diamond Princess” Yaponiya sahillərində lövbər salıb.

Ümumilikdə, gəmidə 50 ölkədən olan 3700 nəfərdən artıq sərnişin olub.

Oxu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır