• Bakı, 2020-02-28,
Seanews
Heyder Eliyev

“FRI Dolphin” gəmisində aparılan dezinfeksiya işlərindən sonra 4 heyət üzvü zəhərlənib

Fransanın Biskay körfəzində “FRI Dolphin” gəmisinin anbarlarında aparılan dezinfeksiya işləri zamanı 4 heyət üzvü zəhərlənib.

“Seanews.az” xəbər verir ki, hadisə barədə dərhal gəminin aid olduğu “MRCC Corsen France” şirkətinə məlumat verilib. Gəminin yerləşdiyi əraziyə içərisində həkimlərin də olduğu helikopter göndərilib. Müdaxilələrə baxmayaraq heyət üzvlərindən biri həyatını itirib.

Qeyd edək ki, hadisə baş verərkən “FRI Dolphin” gəmisi Fransanın “Les Sables d'Olonne” limanından İngiltərənin Hull limanına üzürdü.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır