ABŞ-ın “Fitzgerald” esminesinin dəniz sınaqları başlayıb
ABŞ Hərbi Dəniz Qüvvələri idarə olunan “USS Fitzgerald” (DDG 62) esminesinin sınaqlarına başlayıb.
Esminesin naviqasiya, nəzarət, elektrik, döyüş sistemləri, eləcə də rabitə və sürətləndirici avadanlıqları sınaqdan keçiriləcək.
Qeyd edək ki, “Fitzgerald” esminesinin 2017-ci ildə Sakit okeanın qərbində bir ticarət gəmisi ilə toqquşmasından sonra bir sıra sistemləri sıradan çıxıb. Bərpa və modernləşdirmə işlərindən sonra esmines yenidən dənizə buraxılıb.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır