Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Kanal İstanbul” layihəsi ilə bağlı bütün sualların cavablarını əks etdirən sayt yaradılıb

Türkiyə Prezident Aparatı Mətbuat Xidməti “Kanal İstanbul” layihəsilə bağlı bütün sualların cavablarını əks etdirən kanalistanbul.gov.tr adlı internet saytını açıb.

Saytın açıldığını “twitter”dən elan edən Mətbuat Xidmətinin katibi Fahrettin Altın "Boğaz nəfəs alacaq, Türkiyə qazanacaq” başlıqlı yazısında deyib.

“Kanal İstanbul” layihəsinə hansı səbəbdən ehtiyac duyuldu, məqsəd nədir, hazırlıq və istehsal müddəti, strategiyası və iqtisadi qazancları, elmi və texniki işlərinə qədər bütün ayrıntılara bu saytda yer verilir. Burada rəsmi sənədlərlə yanaşı ictimaiyyəti ən çox maraqlandıran sualların cavablarını əhatə edən "50 sualda Kanal İstanbul" kitabçası da təqdim edilir. “Kanal İstanbul”la bağlı iddia və gerçəklər elmi araşdırma məlumatlarına əsasən infoqrafiya və videolarla izah olunur.

Kanalistanbul.gov.tr saytında müqayisəli "Dünyadan kanal nümunələri", "Boğazdakı qəzalar", "Montrö və Kanal İstanbul" başlıqlı yazılar, layihə çərçivəsində bu günə qədər reallaşdırılan geoloji, jeoteknik, jeofizik, hidroloji analizlər, dəniz və təbii fəlakət, İstanbulun tarixi və mədəni mirası, təbiət və canlı həyatın qorunması ilə bağlı elmi araşdırmalar da vardır. Saytın "Hər şeyi bilmək istəyirəm" başlıqlı hissəsində isə layihə çərçivəsində insanların can və mal təhlükəsizliylə bağlı məlumatlar da əks edilir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır