Melburn limanına 83,6 milyon dollar ayrılıb
Avstraliya hökuməti Melburn limanına 83,6 milyon dollar ayırıb.
“Seanews.az” xəbər verir ki, bu vəsait yeni liman-dəmiryolu transformasiya layihəsinə sərf olunacaq.
Melburn limanının direktoru Brendan Bourke bildirib ki, dəmir yolu layihəsi limanın nəqliyyat və təchizat zənciri şəbəkəsinin vacib hissəsi olacaq.
Bourkenin sözlərinə görə, yeni layihə konteynerlərin daha səmərəli daşınmasına imkan verəcək, yük maşınlarının sıxlığı aradan qalxacaq və çirklənməni azaltmaqla ekoloji fayda verəcək.
Layihənin üç il ərzində tamamlanması nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır