Rusiyadan Türkiyəyə gedən quru yük gəmisi saya oturub
Rusiyadan Türkiyəyə gedən buğda ilə yüklənmiş "ZERNOGRAD" adlı quru yük gəmisi Don çayında saya oturub.
“Seanews.az” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Dərhal bölgəyə kömək üçün yedək gəmisi göndərilib.
Hadisə zamanı gəmidə 12 nəfər heyət üzvü olub. Ölən və yaralanan yoxdur.
Gəminin saya oturması nəticəsində yanacaq sızıntısı halı qeydə alınmayıb və digər gəmilərin hərəkətində problem yaşanmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır