Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Konqoda gəmi batıb

Konqo Demokratik Respublikasının qərbində göldə gəminin batması nəticəsində azı 15 nəfər boğulub.

APA xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.

“30-dan çox adamı daşıyan gəmi güclü küləkdə hərəkət edərkən batıb”, - deyə İnonqo şəhər rəhbərliyinin nümayəndəsi Kosmo Mbo Vemba bildirib.

Onun sözlərinə görə, Mai-Ndombe gölündən 15 cəsəd çıxarılıb, itkin düşmüş hesab edilən digər sərnişinlərin də axtarışı aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır