Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Davos forumunda Xəzər regionunun perspektivləri müzakirə edilir

İsveçrənin Davos şəhərində Xəzər Həftəsi, Qlobal İdeyalar Platforması keçirilir.

Forumda dünya liderləri və aparıcı ekspertlərin iştirakı ilə Böyük Xəzər regionunda insan və iqtisadi potensialın reallaşmasına dəstək məqsədilə bölgənin perspektivləri müzakirə ediləcək, qlobal ideyaların mübadiləsi aparılacaq.

Avropa və Asiyanın qovşağında yerləşən Xəzər regionu ilə dünyanın digər regionları arasında qarşılıqlı siyasi, ticarət, elmi əlaqələrin inkişaf etdirilməsi, yeni texnologiya və innovasiyaların regiona gətirilməsi və genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Forum çərçivəsində Transzəxər qaz kəməri, onun Böyük Xəzər regionunda rolu və Xəzər Nəqliyyat Koridoruna həsr edilmiş sessiyalar təşkil ediləcək. Sessiyalar zamanı geopolitik və iqtisadi dəyişikliklər, regionda sülhün qorunması məsələlərinə toxunulacaq.

Yanvarın 21-24-də İsveçrənin Davos şəhərində keçiriləcək 50-ci Dünya İqtisadi Forumu (WEF) dünyanın hər yerindən 119 milyarderi bir araya gətirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır