Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

"Titanik" əfsanəsi - 108 il sonra

“Titanik”in istehsalı 2 aprel 1912-ci ildə İrlandiyadakı gəmiqayırma zavodlarında “White Star line” şirkəti tərəfindən tamamlanıb. 2435 sərnişin tutumu və uzunluğu 269 metr olan sinifli bir Transatlantik sərnişin gəmisi idi. 1912-ci il aprelin 10-da İngiltərənin Sauthempton limanından Nyu-Yorka yol aldığı həmin səfərin 5-ci günündə, yəni 15 apreldə buz dağına çırpılaraq suların dibinə qərq oldu. “Titanik” qəzasında 1514 nəfərin ölümü yaddaşlara öz dövrünün və tarixin ən böyük dəniz fəlakəti kimi həkk olundu. 

“Titanik” filmində baş rolda oynayan Rose xarakterini canlandıran Kate Vinslet filmdə səsləndirilən və hər kəs tərəfindən sevilən “My Heart Will Go On” adlı musiqiyə nifrət etdiyini söyləmişdir.

O dövrün məşhurlarından olan Milton Hershey, son dəqiqə yaranan işlərinə görə biletini ləğv etmişdi. Türk tibbinin qabaqcıllarından olan doktor Besim Ömer 1912-ci ildə Vaşinqtonda təşkil ediləcək bir konfransa qatılacaqdı. Bəzi səbəblərə görə “Titanik”ə vaxtında çata bilməyən doktor bir neçə gün sonra fəlakət xəbərini oxuduqda “Mən yer üzündəki ən şanslı insanam” deyərək hadisəyə fikirlərini bildirib. Çox qəribədir ki,həmin qəzadan sağ çıxan yapon sərnişin isə öz ölkəsində “qorxaq” elan olunmuşdu.

Gəmi batana qədər musiqiçilər saatlarla fasiləsiz musiqi çaldıqları üçün onlardan heç biri sağ qala bilməmişdi.

Aparılan bugünkü testlərə görə, aysberq 30 saniyə əvvəl aşkarlanıb manevr qərarı alınmış olsaydı, bu dəhşətli qəzanın qarşısını almaq olardı.

Əksər xilasetmə  qayıqlarının tam doldurulmamış şəkildə gəmidən uzaqlaşması daha çox sərnişin ölümünə səbəb olmuşdu.

Gəminin baş çörəkçisi isə içdiyi spirtli içki sayəsində 2 saatdan çox buzlu suda qalmasına baxmayaraq bədən müqavimətini qoruyaraq qurtula bilmişdi.

Qeyd edək ki, “Titanik”ə buraxılış mərasimi üçün həmin görkəmli bilet 56.300 dollara London hərracına çıxarılıb. 40 yeməkdən ibarət menyu siyahısı Nyu-Yorkda 31.300 dollara satılmışdır. Londonda keçirilən digər bir hərracda isə gəmi otağının açarları 59 min funt sterlinqə satılıb.

Maraqlıdır ki, “Titanik” filmi üçün xərclənən büdcə “Titanik” gəmisi üçün ayrılan büdcədən daha çoxdur. “Titanik” həvəskarları üçün digər yaxşı bir xəbər isə “Titanik” gəmisinin gələn il yenidən “canlanacağı” xəbəridir. Məlumatlara əsasən, gəminin ilk yola çıxacağı səfərin bir əsr öncəki “Titanik” gəmisi ilə eyni olacağı nəzərdə tutulub. Gəmi biletləri isə artıq satışdadır.

S.İsmayılova, “İki sahil”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır