Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

İndoneziyanın iki adası dəniz səviyyəsinin qalxmasına görə tamamilə su altında qalıb

İndoneziyanın Cənubi Sumatra əyalətinin tərkibinə daxil olan iki ada qlobal istiləşməyə görə dəniz səviyyəsinin qalxması nəticəsində tamamilə su altında qalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Straits Times”qəzeti yerli "Ətraf Mühit üzrə Forum"un təşkilatının məlumatlarına istinadən yazıb.

"Betet və Qundul adaları hazırda dəniz səviyyəsindən 1-3 m aşağıdadır", - qeyri-hökumət strukturunun rəhbəri Xayrul Sobri bildirib.

"Əgər təcili tədbirlər görülməsə, onda bu əyalətin tərkibinə daxil olan daha 4 ada yox olma təhlükəsi ilə üzləşəcək", - ekspert xəbərdarlıq edib. 

Onun sözlərinə görə, Burunq adası artıq yox olma həddindədir, Kalonq və Salah Namao sudan təxminən 2 metr hündürlükdədir. Kramat adası isə sudan 3 metr hündürlükdədir.

Xayrul Sobri qeyd edib ki, Salah Namaonun yerli sakinləri hələ 1990-cı illərdən dəniz səviyyəsinin qalxmasına görə tədricən adanı tərk etməyə başlayıblar. Ekspert həmçinin bildiribki, suyun altında qalmış Betet adasında əvvəllər YUNESKO tərəfindən tanınan milli qoruq yerləşib.

Qeyd edək ki, İndoneziya dünyanın ən böyük arxipelaqıdır. Onun tərkibinə 18 min ada daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır