Nigeriyada dəniz quldurları Türkiyəyə məxsus gəmiyə hücuma cəhd ediblər
Dəniz quldurları Nigeriya sahillərində “İstanbul” adlı tankerə hücuma cəhd ediblər.
"Senaews.az" xəbər verir ki, sürət qayığı ilə gəmiyə çıxmağa çalışan piratların cəhdləri uğursuz olub. “İstanbul” gəmisinin heyəti manevrlər edərək təhlükədən yayınmağı bacarıb. Heyət üzvləri hər hansı zərər görməyib.
Çinin Huludao bölgəsində fəaliyyət göstərən “İstanbul” gəmisi 274 metr uzunluğa, 48 metr enə malikdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır