• Bakı, 2020-01-18,
Seanews
Heyder Eliyev

Dünyanın ən güclü donanmaları açıqlanıb

Dünyanın ən güclü donanmaları ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Yaponiyaya məxsusdur.

Life.ru-nun məlumatına görə, “National Interest”in ekspertləri belə qənaətə gəliblər. 

Siyahıda ilk yer 10 aviadaşıyıcı, doqquz desant gəmisi, 22 kreyseri, 62 esminesi, 17 freqatı və 72 sualtı qayığı ilə ABŞ-ın HDQ-nə məxsusdur.

İkinci yerdə bir aviadaşıyıcı, üç desant nəqliyyatı, 25 esminesi, 42 freqatı, səkkiz atom və 50 adi sualtı qayığı olan Çin Donanması qərarlaşıb.

Rusiya HDQ üçüncü yerdədir. Donanmanın tərkibinə 79 iri gəmi, o cümlədən, bir aviadaşıyıcı, beş kreyser, 13 esmines və 52 sualtı qayıq daxildir.

Britaniyanın Hərbi Dəniz Qüvvələri ekspertlər tərəfindən siyahının dördüncü yerinə salınıb. Üç iri desant gəmisinin, 19 freqat və esmines, yeddi zərbə atom sualtı qayığı və ballistik raketi olan dörd sualtı qayığına baxmayaraq, donanma getdikcə kiçilir.

Beşinci yeri tərkibində 114 gəmisi olan Yaponiya Donanması tutub. Ona üstünlük gətirən isə ən yaxşı sualtı donanmalardan birinə sahib olması göstərilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır