Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Rusiyanın “Admiral Kuznetsov” kreyserində baş vermiş yanğın nəticəsində 10 nəfər yaralanıb

Rusiyaya məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyserdə baş vermiş yanğın nəticəsində 10 nəfər yaralanıb, bir nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus olan və Murmanskda təmirə dayanmış gəmidə yanğın dekabrın 12-də səhər saatlarında baş verib. Hadisənin qaynaq işləri zamanı qığılcımın yerə tökülmüş mazutun üstünə düşməsi nəticəsində baş verdiyi ehtimal olunur. Xəsarət alanlardan 7-si xəstəxanaya yerləşdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır