“Bahri” şirkəti LNG ilə işləyən gəmilərin istismarına hazırlaşır
“Saudi Aramco” şirkətinin tərkibində olan “Bahri” şirkəti 2025-ci ilə qədər LNG ilə işləyən 12 gəmi istismara verməyə hazırlaşır.
“Seanews.az” xəbər verir ki, hazırda şirkətinin donanmasında müxtəlif tipli 90 gəmi var.
“Bahri” qaz ehtiyatlarını da artırmaq niyyətindədir. Şirkət LNG almaq üçün ABŞ-ın Texas ştatının “Port Artur” limanı ilə mayda 20 illik müqavilə imzalayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır