• Bakı, 2019-11-12,
Seanews
Heyder Eliyev

Rusiyada tanker partlayıb, ölənlər var

Rusiyada Naxodka dəniz limanında "Amerika körfəzi" tankerində partlayış baş verib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, yük göyərtəsində hava-qaz qarışığının partlaması nəticəsində iki nəfər ölüb.

Qeyd olunur ki, göyərtədə, ümumilikdə, 12 nəfər olub. Hazırda 1 nəfər itkin düşüb, axtarış tədbirləri həyata keçirilir. Gəmidə yanğın olmayıb. Faktla bağlı cinayət işi açılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır