Maldiv adalarında lövbərdə dayanan katerdə yanğın baş verib
Maldiv adalarında limanda lövbərdə dayanan katerdə yanğın baş verib. Alov qısa müddətdə yaxınlıqdakı digər gəmilərə də yayılıb.
Təxminən 1 saat davam edən yanğın nəticəsində 7 nəfər yaralanıb, qayıqlara ciddi ziyan dəyib.
İlkin ehtimala görə, yanğın heyət üzvlərinin siqaret çəkməsi səbəbindən baş verib. Hadisə ilə əlaqədar istintaq başladılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır