Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

Cənubi Koreyada yük gəmisi yanıb: yaralananlar var

Cənubi Koreyanın Ulsan şəhərindəki limanda yük gəmisinin yanması və yanğının digər gəmiyə keçməsi nəticəsində biri ağır olmaqla 9 dənizçi xəsarət alıb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Kayman adalarında neft məhsulları gətirən 25 min tonluq gəmi Ulsan limanına yan aldıqdan bir müddət sonra, yerli vaxtla saat 10:51-də yanğın baş verib. Ardından partlayış qeydə alınıb. Gəmidəki 25 dənizçini xilas etmək mümkün olub. Yanğın qısa vaxtda başqa yük gəmisinə keçib. Xoşbəxtlikdən həmin gəmidəki 21 nəfər heyət üzvünü də xilas etmək mümkün olub.

Cənubi Koreya sahil mühafizə xidmətinin əməkdaşları hadisənin səbəblərini araşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır