Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Baltic carrier” gəmisi saya oturub

İsveçin cənub hissəsində “Baltic carrier” gəmisi saya oturub.  Hadisə zamanı gəmidə Rusiya vətəndaşlarından ibarət 7 nəfər heyət üzvü olub.

Bu barədə İsveç Sahil Mühafizəsindən məlumat verilib. Bildirilib ki, heyət üzvləri arasında ölən və xəsarət alan olmayıb.

Gəminin saya oturmasının dəqiq səbəbi bilinmir. Ehtimal edilir ki, hadisəyə kapitanın yuxulaması və ya sərxoş olması səbəb olub. Hazırda faktla bağlı istintaq aparılır. 

Qeyd edək ki, gəmi Rusiyanın Svetlıy şəhərindən (Kalininqrad vilayəti) İsveçin Linkoping (Esztergotland əyaləti) şəhərinə üzürdü.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır