Hind okeanının ən önəmli 5 limanı - SİYAHI
Dünyada konteyner daşımalarının yarısını, yük həcminin üçdə birini və neft daşımalarının 80% -ni təşkil edən Hind okeanı böyük strateji əhəmiyyətə malikdir.
Bölgədəki ən vacib 5 strateji limanı təqdim edirik:
Kolombo Limanı - Şri Lanka
Şri Lankanın dəniz ticarətinin 90% -i ölkənin ən böyük limanı olan Kelani çayının sahilindəki Kolombo Limanından gəlir. Cənubi Qərbi Asiyada ən işlək liman kimi də tanınır. Avropa, Orta Şərq, Afrika və Asiyanı birləşdirən liman, Çinin 'Bir Kəmər Bir Yol' layihəsi çərçivəsində son illərdə böyük əhəmiyyət kəsb edir.
Cibuti Limanı, Cibuti
Qırmızı dənizidə yerləşən Cibuti limanı Avropa, Uzaq Şərq, Afrika Buynuzu və Fars Körfəzini birləşdirir.
Cibuti şəhəri əhəmiyyətli dəniz liman kimi dünyada məşhurdur.
Viktoria Limanı, Seyşel Adaları
Viktoriya limanı Seyşel adalarının yeganə dəniz mərkəzi olaraq fəaliyyət göstərir. Liman Hind okeanının mərkəzində yerləşir.
Quadar limanı, Pakistan
Quadar limanı Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) uğurlu olması üçün olduqca əhəmiyyətli rol oynayır.
Çabahar Limanı, İran
Çabahar İranın yeganə okean limanıdır və Beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizində yerləşir.
İran Cənub-Şərqi Asiya dövlətləri ilə iqtisadi və ticarət əlaqələrini məhz bu liman vasitəsilə həyata keçirir. Bu liman Hindistan və Çin üçün də mühüm əhəmiyyət kəsb edir. Bu dövlətlər liman vasitəsilə yalnız Əfqanıstan ilə deyil, Rusiya və Avropa ölkələri ilə ticarət əlaqələrini davam edirlər.