Norveçdə limana yan almış gəmidə yanğın olub
Norveçin Tromse şəhərində limana yan almış “Buxta Naezdnik” gəmisində yanğın baş verib. Hadisə Breyvik limanında qeydə alınıb.
Hadisə zamanı gəmidə 29 nəfər heyət olub. İlkin məlumata görə, heyət üzvləri təxliyə edilib.
Yanğına hidravlik yağın alovlanması səbəb olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır