“Evergreen” 23.000 TEU-luq 10 meqa gəmi inşa etdirəcək
Tayvanın “Evergreen” şirkəti mega konteyner gəmilərinin tikintisini nəzərdə tutan layihəsini təsdiqləyib.
Şirkət üç gəmiqayırma zavodunda 23 min TEU-luq 10 yeni gəmi inşa edəcək. Şifarişlərdən altısı “Samsung Heavy Industries”da, ikisi “Hudong Zhonghua”, ikisi “Jiangnan” zavodunda yerləşdiriləcək. Gəmilərin inşasının 1,4-1.6 milyard dollara başa gələcəyi gözlənilir.
Üzən vasitələr “Evergreen” donanmasının ən böyükləri olacaq. Yeni mega gəmiləri Avropa və Qərbi Amerika marşrutunda istismar ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır