Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Keniya xam neftlə yüklənmiş ilk gəmini yola salıb

Keniya 200 min barel xam neftlə yüklənmiş gəmini Mombasa Limanında təşkil olunan mərasimlə Malayziyaya yola salıb. Beləliklə Keniya ilk xam neft ixracını həyata keçirib.

Ölkə Prezidenti Uxuru Kenyatta çıxışında "Keniyanın neft və qaz potensialını sübut etməyi bacardıq. Bu addım ölkə tarixi üçün bir dönüş nöqtəsidir",- ifadəsini istifadə edib.

Sərvətlərin Keniya xalqının xeyrinə olacağına diqqəti çəkən Kenyatta, "Keniyanın neft və qaz ixracında böyük yürüşü başladı. Bu addım sadəcə keniyalılar üçün deyil, bölgə xalqı üçün də yeni bir şəfəq olacaq", -deyib.

Keniya ölkənin şimal qərbindəki Lokichar hövzəsində çıxarılan gündəlik 2 min ilə 4 min barrel arasında xam nefti ilk mərhələdə quru yolu üzərindən xüsusi dizayn edilmiş yük maşınları ilə Mombasa Limanına daşıyır. Limana gətirilən xam neft, buradan gəmilərlə ölkə xaricinə ixrac ediləcəkdir.

Hökumət nefti asan daşımaq üçün 2 milyard dollara başa gələcək 890 kilometr uzunluğundakı boru xəttinin inşasına başlayıb. 2021-ci ilin ortasında tamamlanması nəzərdə tutulan kəmərdən gündə 100 min barrel neft ixrac edilməsi gözlənilir.

Ölkədə ilk dəfə İngiltərənin şirkəti Tullow Oil tərəfindən 2012-ci ildə kəşf edilən xam neft ehtiyatının 750 milyon barel olduğu təxmin edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır