class="content-title">Yaponiyanın şimalında qəzaya uğramış gəmidəki balıqçılar xilas edilib
Sakit okeanda, Hokkaydo adasının yaxınlığında qəzaya uğramış balıqçı gəmisində olan yeddi nəfərin hamısı xilas edilib.
Bildirilir ki, hadisəni Sahil Mühafizəsinin təyyarəsi aşkar etdikdən sonra yaxınlıqdakı balıqçı gəmisi onların köməyinə gəlib. Gəminin dənizdəki güclü dalğalar nəticəsində əyildiyi və sonradan çevrildiyi güman edilir.
Hadisə Sakit okeanda, Kuşiro limanından 90 kilometr məsafədə baş verib. Gəminin Miyaqi prefekturasında qeydiyyatdan keçmiş şirkətə məxsus olduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır