class="content-title">Bolqarıstan Antarktidada yeni elmi-araşdırma laboratoriyası açacaq
Bolqarıstan Antarktidada yerləşən bazasında yeni elmi-araşdırma laboratoriyası açmağı planlaşdırır.
Bu barədə milli qütb araşdırma mərkəzinin direktoru professor Xristo Pimpirev Plovdivdə keçirilən milli antarktik proqramların menecerləri şurasının (COMNAP) iclasında məlumat verib. Görüşdə 36 ölkədən 175 nümayəndə iştirak edib.
Qeyd edək ki, Bolqarıstan Antarktidada fəaliyyətə 1967-1969-cu illərdə başlayıb. O zaman bolqar meteoroloqu 8-ci Sovet Antarktida ekspedisiyasında yer alıb. Bolqarıstanın qütb araşdırma bazası isə 1988-ci ildə Livinqston adasında yaradılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır