class="content-title">Gələn ildən İstanbul və Burqas arasında yeni sərnişin gəmisi fəaliyyət göstərəcək
Gələn ildən Türkiyənin İstanbul və Bolqarıstanın Burqas şəhərləri arasında sərnişin gəmisi istifadəyə veriləcək.
Bu barədə Bolqarıstanın “BTV” televiziya kanalı məlumat yayıb. Bildirilib ki, hazırda Türkiyə tərəfi ilə danışıqlar aparılır.
İyun-sentyabr aylarında hərəkət edəcək gəmi 200 sərnişini qəbul etmək iqtidarında olacaq, iki şəhər arasında məsafəni 4 saata qət edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır