Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-13,
Seanews
Heyder Eliyev

ABŞ yanacaq qiymətlərinin artması fonunda “Cons aktı”na müvəqqəti istisna tətbiq etməyi nəzərdən keçirir

ABŞ administrasiyası enerji və kənd təsərrüfatı məhsullarının ölkə limanları arasında daşınmasını asanlaşdırmaq məqsədilə “Cons aktı”na (Jones Act) müvəqqəti istisna tətbiq etməyi nəzərdən keçirir.

"Seanews.az" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt bildirib. O qeyd edib ki, milli təhlükəsizlik maraqları baxımından bu qanuna müəyyən müddət üçün istisna verilməsi imkanları qiymətləndirilir. Qərar qəbul olunarsa, xarici bayraq altında üzən gəmilərin də ABŞ limanları arasında yanacaq və digər yükləri daşımasına icazə verilə bilər.

1920-ci ildən qüvvədə olan “Cons aktı”na əsasən, ABŞ limanları arasında daşınan yüklər yalnız ABŞ-də tikilmiş, ABŞ bayrağı altında üzən və əsasən ABŞ şirkətlərinə məxsus gəmilərlə daşına bilər. Bu tələb daxili daşımalar üçün mövcud tanker sayını məhdudlaşdırır.

Məlumata görə, administrasiya 30 günlük istisna tətbiq etməyi də nəzərdən keçirir. Bu addım Yaxın Şərqdə gərginlik və Hörmüz boğazı ətrafında tanker hücumları fonunda artan yanacaq qiymətlərinin təsirini azaltmağa yönəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır