Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-12,
Seanews
Heyder Eliyev

Qara dənizdə minaları məhv etmək üçün 4 gəmi fəaliyyətə başlayıb

Qara dənizdə minalarının aşkar edilməsi və zərərsizləşdirilməsi məqsədilə Türkiyənin rəhbərliyi altında Rumıniya və Bolqarıstanla birgə yaradılmış "Qara dəniz Mina Təhlükəsizliyi üzrə Tapşırıq Qrupu" dörd hərbi gəmi ilə fəaliyyətə başlayıb. 

"Seanews.az" xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin rəsmi sosial media hesabında yayımlanan məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, tapşırıq qrupunun 8-ci fəaliyyət mərhələsi Türkiyəyə məxsus "TCG Üsteğmen Arif Ekmekçi", Rumıniyanın "Ion Ghiculescu" adlı mina axtaran gəmisi, Bolqarıstanın "Priboy" mina təmizləyən gəmisi və Türkiyənin "TCG Ayvalık" mina axtaran gəmisinin 8 yanvar 2026-cı ildə İstanbulun Umuryeri bölgəsində bir araya gəlməsi ilə başlayıb.

Gəmilər Qara dənizdə minaların müəyyən edilməsi və zərərsizləşdirilməsi, həmçinin birgə təlimlərin keçirilməsi məqsədilə 10 yanvar 2026-cı il tarixində Umuryeri limanından ayrılaraq əməliyyat fəaliyyətinə başlayıblar.

19 yanvar 2026-cı il tarixinədək davam edəcək bu müddətdə hərbi gəmilər dənizdə keçirilən təlimlərlə yanaşı, Bolqarıstanın Burqas və Rumıniyanın Köstence limanlarına rəsmi səfərlər də edəcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır