Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-08,
Seanews
Heyder Eliyev

"V.Group" şirkəti "Maersk Tankers"in yanacaq səmərəliliyi platformasını alıb

Gəmi idarəetməsi və dəniz xidmətləri üzrə qlobal şirkət "V.Group" "Maersk Tankers" tərəfindən yaradılmış "Njord" adlı yanacaq səmərəliliyi və dekarbonizasiya platformasını alıb.

"Seanews.az" xəbər verir ki, razılaşmanın maliyyə detalları açıqlanmayıb.

Məlumata görə, "Njord" fəaliyyətini öz brendi altında davam etdirəcək və "V.Group"un xidmət portfeli olan "V.Services"in tərkibinə daxil olacaq.

Platformaya rəhbərliyi əvvəlki kimi "Njord"un icraçı direktoru Frederik Pind edəcək.

"V.Group"un baş icraçı direktoru Rene Kofod-Olsen bildirib ki, bu satınalma şirkətin gəmiçilikdə yanacağa qənaət və karbon emissiyalarının azaldılması sahəsində aparıcı məsləhətçi və xidmət təminatçısı olmaq hədəfini sürətləndirir.

Onun sözlərinə görə, "Njord"un texnoloji imkanları ilə "V.Group"un əməliyyat təcrübəsinin birləşməsi gəmi sahiblərinə və operatorlara qanunvericilik tələblərindən tutmuş alternativ yanacaq sistemlərinin real tətbiqinədək tam və praktik həllər təqdim etməyə imkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır