Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-10-02,
Seanews
Heyder Eliyev

Niderland gəmisi Ədən boğazında husilərin hücumuna məruz qalıb

Ədən körfəzində Niderland bayrağı altında üzən “Minervagracht” yük gəmisi husilər tərəfindən hücuma məruz qalıb.

"Seanews.az" xəbər verir ki, bu barədə gəminin sahibi "Spliethoff"-dan bildirilib.

Şirkətin məlumatına görə, insidentə müəyyən edilməmiş partlayıcı qurğunun gəmiyə dəyməsi səbəb olub. 19 nəfərlik heyətin iki üzvü yaralanıb və onlar helikopterlə yaxınlıqdakı gəmilərə təxliyə olunublar.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) bildirib ki, gəmi “naməlum mərmi” ilə vurulub və təxminən 128 dəniz mili məsafədə, Ədən şəhərindən uzaqda yanğın baş verib.

Dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşmış Britaniyanın Ambrey konsaltinq şirkəti dəqiqləşdirib ki, hücum təxminən 120 dəniz mili məsafədə, Ədənin cənub-şərqində baş verib. 

“Minervagracht” gəmisi 23 sentyabrda da Cibuti istiqamətində hərəkət edərkən hücuma məruz qalmışdı. Lakin həmin insident nə zərərə, nə də itkiyə səbəb olmuşdu və gəmi səyahətinə davam etmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır